Azərbaycan ilə Macarıstan arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə olunub

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-ə bildirilib ki, qonağı salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

İqtisadiyyat