Bakıda ödəmə terminalından pul oğurlayanlar saxlanılıblar

post-img

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılmış ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub. 

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının yanvarın 18-də həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

XQ

Sosial həyat