Ən yaxşı memarlıq layihələrinin müəllifləri seçilib

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən memarların mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsinin sədr müavini İlqar İsbatov və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qa­sımzadə çıxış edərək Ümummilli liderin memarlıq sahəsinə olan əbədi sevgisindən danışıblar. 

Bildirilib ki, hər il təşkil olunacaq təltifedilmənin ən keyfiyyətli və müasir layihələrin sayının artırıl­masında, layihəçi memarlar arasında rəqabət mü­hitinin gücləndirilməsində, eləcə də bu sahədə yeni mütəxəssislərin formalaşdırılmasında xüsusi rol oy­nayacağı qeyd edilib.

Sonra orijinallığı və yeni konsepsiyaların istifadə­sində fərqliliyinə görə seçilmiş ən yaxşı memarlıq la­yihələrinin müəllifləri - memarlar Marselina Zielinska (Chapman Taylor şirkəti), Karlis Saltups (Cobalt Archi­tecture & Design" MMC), Elçin Umudov (Bakı Dövlət Layihə İnstitutu), Fizuli Əliyev, Əli Məmmədov, Məley­kə Novruzlu ("Design Bureau" MMC), Cahangir Məm­mədrzayev (Bakı Dövlət Layihə İnstitutu) və Martin Knujit (OKRA şirkəti) “Çoxmənzilli yaşayış binalarının memarlığı”, “İctimai binaların memarlığı”, “Mədəniyyət və dini abidələrin memarlığı”, “Landşaft memarlığı”, “Binaların bərpası və yenidən qurulması”, “Nəqliyyat, rabitə və mühəndis bina və qurğularının memarlığı” nominasiyaları üzrə təltif ediliblər. Bəzi memarlara həvəsləndirici diplomlar da təqdim edilib.

XQ

Sosial həyat