Yeni ilin işıqlı yolkası

post-img

Hər il olduğu kimi, bu il də Bakının mərkəzi küçələrində bir neçə yolka qurulub. İnsanları bayram əhval-ruhiyyəsinə kökləyən yolkalardan biri də “Azneft” meydanındadır. Fərqli dizayn ilə qurulan yolka zövqlə hazırlanıb. 

Yolka, xüsusilə, axşamlar parlaq görünüşü ilə buradan ötənləri heyran edir. Meydanda dalğalanan üçrəng­li Azərbaycan bayrağı isə yolkanın gözəlliyinə gözəllik qatır, onun görünü­şünü daha əzəmətli edir. 

Paytaxtda, həmçinin qarşıdan gələn əlamətdar gün münasibətilə xü­susi hazırlıq və tərtibat işləri həyata keçirilib. Artıq şəhərin parkları, mey­dan və küçələri çilçıraqlar və digər bəzəklərlə işıqlandırılıb. İnsanların ənənəvi gəzinti yerlərində – Dənizkə­narı Parkda, Fəvvarələr meydanında, digər parklarda və bağlarda da şam ağacları bəzədilib və əvvəlki illərdən fərqli olaraq xüsusi proqram əsasında bayram hazırlıqları görülüb. 

Bulvar ərazisində Yeni ilin rəmzlə­rindən ibarət rəngarəng kompozisiya­lar, uşaqların zövqünü oxşayan çox­saylı oyuncaq evlər də qurulub. 

Bütün bunlar, şəhər sakinlərini və qonaqları bayram əhval-ruhiyyəsinə kökləyir.

Fidan SALMANOVA
Elşən AĞALAR (Foto)
XQ



Sosial həyat