“Ölümsüz ölüm”ün ünvanı

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elmi fəaliyyəti Azərbaycan tarixşünaslığına qızıl hərflərlə yazılan, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlarda təbliğ edən, görkəmli şərqşünas-alim, ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyi münasibətilə “Ölümsüzlüyə qovuşan ölüm” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat ba­zasında akademik Ziya Bünyadovun həyat və elmi fəa­liyyəti, rəhbəri ol­duğu elmi tədqiqat işləri, Azərbaycan və xarici dillərdə nəşr edilən kitab­ları, tərcümələ­ri, məqalələ­ri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, haqqında yazılan nəşr nümunələrinin siyahıları təqdim edilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında “Ölümsüzlüyə qovuşan ömür”, “Akademik Ziya Bünya­dov: bizim yaddaşımızda və özgələrinin təsvirində. Hollandiyalı tədqiqatçı Sara Krombaxın dissertasiyası haqqında düşüncələr” kimi bölmələrlə yanaşı, akademikin layiq görüldüyü təltif və mükafatlar, Türkiyə Milli Kitabxanasında qorunan kitabları haqqında məlumat­lar da yer alıb. Məlumat bazasında akademikin video və fotoqalere­yası və 100 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi və videomaterial da sərgilənib.

XQ

Sosial həyat