Qoymayın, ürək üşüsün...

post-img

Şaxtalı hava ürək-damar sistemi zəif olanlar üçün təhlükə mənbəyidir. Rusiyalı kardioloq Vladimir Xoroşev tranzitor işemik atak və in­farkt keçirən xəstələrə xəbər­darlıq edib.

O deyib ki, şaxtalı havalarda ehtiyatlı olmaq lazımdır. Hipertoni­ya, ürək xəstəliyi, beyin qan döv­ranı pozğunluğu olan xəstələrə şaxta neqativ təsir göstərir.

Yaşlı adamlar soyuq havalar­da küçədə, həyətdə iş görsələr, məsələn, qar təmizləsələr, damar tutmalarından vəziyyətləri pisləşə bilər. Buna görə də insanlar qar təmizlədikdə, yaxud hər hansı iş gördükdə, şaxtalı havada gəzdik­də 5 dəqiqədən bir fasilə vermə­lidir. Əgər aktiv hərəkət zamanı zəiflik, spazm, ürəkdə tövşümə yaranırsa, mütləq həkimə müra­ciət etmək lazımdır.

Ürək problemləri olanlar qış­da pilləkənlə, ekskalatorla az çıxıb-düşməli, metrodan istifadə etməməlidir. Eləcə də soyuqdan istiyə, istidən soyuğa qəfil keç­mək olmaz.

Evdən çıxanda dəhlizdə bir-iki dəqiqə dayanıb, bir neçə dəfə dərindən nəfəs alıb vermək töv­siyə olunur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat