Ali Məhkəmə Plenumunun iclası keçirilib

post-img

Dekabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

İclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı və qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib. 

İclasda eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli Plenum qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri müzakirə olunaraq təsdiq edilib. 

Plenumda konkret işlərə də baxılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat