Şüyüd çayı iç, ağrıları biç

post-img

Qədim zamanlardan şüyüd müalicəvi məqsədlərdə çox geniş istifadə olunub. Ondan ətirli və dadlı göyərti kimi xörəklərdə, salatlarda bol-bol istifadə edilib. Şüyüdün toxluq hissi yaradan xüsusiyyəti var. Pəhriz həkimlərinin fikrincə, şüyüddən çox faydalı və dadlı müalicəvi çay da hazırlamaq olar

Bu çay həzmi yaxşılaşdırır, orqaniz­mi köpdən azad edir. Hətta yeni doğul­muşlara həkimlər şüyüd çayı tövsiyə edirlər. Qəbizlik zamanı böyük faydası olan çay, həm də, daxili orqanları, xü­susən, bağırsaqları ziyanlı maddələr­dən təmizləyir. Şüyüd çayı yeməklə (çox yağlı, qızarmış, duzlu) bağlı ar­tan təzyqi aşağı salır. Bronxların so­yuqlamasında xüsusilə təsirlidir. Quru öskürəyi yumşaldır, həmçinin nəfəs yollarını mikroblardan və selikdən tə­mizləyir. Şüyüd çayının sidikqovucu təsiri də var. Eyni zamanda, sidik yol­larını təmizləyir.

Şüyüd çayını hazırlamaq çox asan­dır. Bunun üçün 1 xörək qaşığı xırda doğranmış şüyüd götürülür və 1 stə­kan isti (qaynar olmaz) suda 30 dəqiqə ərzində dəmlənilir. Sonra süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi miq­darında içilir. Çaya bal və limon əlavə etmək olar. Bu, onun faydasını daha da artırır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat