Dekabrın 11-də Mədəniyyət Nazirliyində tanınmış türkiyəli kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə görüş təşkil olunub. Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu iştirak ediblər.
Söhbət zamanı ARKA-nın təşkil etdiyi film layihələri, müsabiqənin nəticələri, Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələlərinə dair fikirlər müzakirə olunub.
Semih Kaplanoğlunun rəhbərliyi ilə həyata keçirilən ssenari inkişaf proqramının əhəmiyyəti vurğulanıb, müsabiqə zamanı təkmilləşdirilməsi məqsədilə bu proqrama yönləndirilmiş ssenarilər üzərində iş prosesindən bəhs olunub.
Qeyd edək ki, Semih Kaplanoğlu daha çox “Bal”, “Süd” və “Yumurta” filmlərindən ibarət “Yusif” trilogiyası ilə tanınır. Bu ekran əsərləri bir sıra beynəlxalq festivallarda mükafata layiq görülüb.
FİDAN
XQ

