Ekologiya və Turizm Nazirliyindən aldığımız xəbərdə deyilir ki, bu ilin əvvəlindən ölkəmizdə milli parklara səfər edənlərin sayı çoxalıb. Bu ilin doqquz ayında Göygöl və Abşeron Milli parkları ən çox ziyarətçi qəbul ediblər. Şahdağ Milli Parkına gələnlərin də sayında artım müşahidə olunub.
Nazirliyin məlumatında, həmçinin qeyd olunur ki, hazırda ölkəmizdə ekoloji turizm marşrutunu əhatə edən 10 milli park, eyni sayda dövlət təbiət qoruğu və 24 təbiət yasaqlığı var.
Xatırladaq ki, ekosisteminə görə, bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə, rəngarəng landşaft komplekslərini özündə birləşdirir.
XQ

