Yerüstü keçid – təhlükəsizlik

post-img

Bakı–Quba–Rusiya Federasiyası ilə döv­lət sərhədi avtomobil yolunun (M1) 28,5-ci kilometrində yerüstü piyada keçidinin inşa­sı yekunlaşdırılaraq istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agent­liyindən mətbuata verilən məlumatda deyilir ki, keçidin ümumi uzunluğu 45 metr, eni 3,5 metr, pilləkənlərin eni 2,5 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid tağvari metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdu­diyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. 

Layihə çərçivəsində avtobus dayanacağı­nın, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görü­lüb.

XQ

Son xəbərlər