Günəş fırtınalarının internetə təsiri

post-img

Yer kürəsi daha bir kosmik təhlükə ilə üz-üzədir. Bu dəfə təhlükə Günəşdəki fırtınaları ilə bağlıdır. Belə ki, 2024-cü ildə super Günəş fırtınası gözlənildiyi üçün onun aktivliyi ən yüksək həddə çata bilər. 

Məsələ burasındadır ki, Günəşdəki fırtınaların sıçrama yüksəkliyi Yer kürəsinin nis­bətən yaxınlığında baş verəcək ki, bunun nəticəsində planeti­mizdə internetə giriş həftələr və ya aylar ərzində dayana bilər. Yəni televizorlar, radiolar iş­ləməyə bilər. 

Alimlər qeyd edirlər ki. auro­ral hadisələr zamanı Yer səthi boyunca hərəkət edən güc­lü elektrik cərəyanları elektrik enerjisi şəbəkələrini sıradan çıxarır, neft və qaz kəmərlərinin korroziyasına (metalların oksid­lənmə nəticəsində sıradan çıx­ması halı) səbəb olur. 

Bu da dünya ölkələrinin iq­tisadiyyatına xeyli dərəcədə ziyan vuracağı mənasına gə­lir. Bundan başqa, geomaqnit qasırğaları zamanı ionosfer­dəki dəyişikliklərin yüksək tez­likli radio rabitəsinə və Qlo­bal Mövqeləşdirmə Sisteminə (GPS) mane olacağı bildirilib.

Ayan SƏMƏDQIZI,
tələbə–jurnalist

Dünya