Vəzəri – yox eləyir azarı

post-img

İnsan sağlamlığı üçün faydalı tərəvəzlər çox olsa da, ABŞ alimləri birini daha üstün hesab edib. Onlar bildiriblər ki, tərə – vəzəri yemək insanı 10 növ problemdən xilas edir. Bu göyərti bəzi bölgələrdə acıtərə kimi tanınır.

Elmi araşdırmalar sübut edib ki, ağciyər xəstəliklərindən əziyyət çəkən­lərə və siqaret çəkənlərə daha çox isti­fadə etmək tövsiyə olunur.

Qanazlığı olanlar çuğundur, ətlə yanaşı, vəzəri də yeməlidir.

Tərkibində çoxlu dəmir mineralı olan tərə toxumu hemoglobin səviyyə­sini artırır.

Saç tökülməsi, kövrək dırnaq quru­luşu və bədəndə dəmir çatışmazlığın­dan qaynaqlanan sümük problemlərin­də faydalıdır.

Tərkibində xərçəngin əsas səbəbi olan sərbəst radikallarla effektiv müba­rizə aparan antioksidantlar var. Bu an­tioksidantlar, həmçinin xərçəng hücey­rələrinin toxumalarda yaratdığı zərərli təsirləri aradan qaldıraraq xərçəng hü­ceyrələrinin dağıdıcı təsirlərini azaldır.

Tərə ən təsirli sidikqovucu göyər­tilərdən biridir, sidik yolları və böyrək­ləri toksinlərdən təmizləyir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat