Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” ilə bağlı Bərdə rayonunda ictimai dinləmə keçirilib.
Mərasimdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaranlara müvafiq tövsiyələr verilib.
Zərifə BƏŞİRQIZI
XQ