Qızılağac Milli Parkında “Flaminqo Festivalı”

post-img

Qızılağac Milli Parkında ilk dəfə təşkil olunan “Flaminqo Festivalı” öz işinə başlayıb.

Festival ərazisində Azərbaycanda fəaliyyət göstərən milli parkların stendləri qurulub. İştirakçıların hər birinə festivalın loqosu əks olunan döş nişanları və papaqlar paylanılıb.

Parkın girişində olan göldə flaminqo və digər nadir su quşları nümayiş olunur. Qızılağacda yaradılmış yeni turizm marşrutunun təqdimatı və bu marşrut üzrə ilk dəfə “Quş bazarına” qayıqlarla gəzintinin təşkili də gün ərzində olacaq.

Festivalda kvadrasiklların yarışı, ekstremal şəraitdə sağ qalmaq metodlarının əyani icrası və ilanlarla davranış qaydalarının nümayiş olunacaq.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat