Əmək müqavilələrinin sayı artıb

post-img

2023-cü il noyabr ayının 1-nə olan məlumata görə, bağlanmış əmək müqavilələrinin sayı 1 mln. 790,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349.175 vahid artaraq 889 mindən çox olub.

 Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, bu göstərici 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb. Artıma səbəb isə 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasətidir. Bu vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub

P.ƏFƏNDİ

Sosial həyat