Nəzarət-kassa aparatları ilə dövriyyə 18 milyard manata yaxın olub

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 94.020 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

P.ƏFƏNDİ

İqtisadiyyat