İstehlakçılara 126,6 milyon manat ƏDV məbləği geri qaytarılıb

post-img

2023-cü ilin 10 ayı ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsullarının, avtomobillərin, alkoqollu içkilərin və tütün məmulatların satışı istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 126,6 milyon manatı istehlakçılara qaytarılıb.

Qeyd edək ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir.

P.ƏFƏNDİ

 

İqtisadiyyat