“7 nar çubuğu”nun hikməti

post-img

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 22-dən noyabrın 8-nə qədər İkin­ci Qarabağ müharibəsində qazandığımız tarixi qələbənin üçüncü ildönümü ilə əlaqə­dar ölkənin teatr və kon­sert müəssisələrində “Zəfər həftəsi” adlı musiqi və teatr festivalı keçirilir. Abdulla Şaiq adına Azərbaycan Döv­lət Kukla Teatrı da festivala qatılan mədəniyyət ocaqla­rındandır. 

Teatr Zəfər Günündə 140-dan çox şəhid övladı üçün milli vətənpərvərlik mövzusunda olan “Yeddi nar çubuğu” tamaşası təq­dim edəcək. Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Hə­midə Rüstəmova məlumat verib. Bildirilib ki, tamaşa xalq nağılı əsasında hazırlanıb. 

Qeyd edək ki, səhnə tərtibat­çısı Zülfiqar İffətoğlu, quruluşçu rejissoru Qurban Mənsimov, quru­luşçu rəssamı isə Rəvanə Yaqu­bova olan tamaşa balaca izləyi­cilərə milli birlik, vətənpərvərlik, cəsarət, sədaqət və düzgünlük kimi müsbət keyfiyyətləri aşılayır. 

Sonda şəhid ailələrinin övlad­larına müxtəlif hədiyyələr də təq­dim olunacaq.

FİDAN
XQ

Sosial həyat