“Apple” “Google”u nədə suçlayır?

post-img

“Apple” şirkəti Android smartfonlarını “nəzarət cihaz­ları” adlandıraraq “Google”u istifadəçilərə qarşı casusluq­da ittiham edib. Qeyd edək ki, 2013-cü ildə də “Apple” şirkə­ti “Google”u Android smart­fon istifadəçilərinə casusluq­da ittiham etmişdi. 

ABŞ Ədliyyə Nazirliyi “Goog­le”a qarşı davam edən antiinhisar məhkəməsi zamanı şirkətin vit­se-prezidenti Eddie Cue bildirib ki, “Apple” məxfiliyə “Google”dan daha yaxşı yanaşır. İzah edib ki, “Apple” istifadəçi məlumatlarına yalnız lazım gəldikdə daxil olur. “Google” isə daim istifadəçi he­sabından məlumat toplayır. 

Xatırladaq ki, “Google” “App­le” cihazlarında əsas axtarış sis­temidir və bunun üçün Amerika İT nəhəngi “Apple”a ildə 18-20 milyard dollar ödəyir.

XQ

Dünya