Bir kiloqramdan artıq heroin aşkar edilib

post-img

Abşeron Rayon Polis İdarəsi Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

XQ

Sosial həyat