Polis əməkdaşları ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Məlumatı DİN-in mətbuat xidməti yayıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və 1 ədəd patron darağını, Xəzər RPİ 3-cü polis şöbəsinin əməkdaşları Binə qəsəbəsində 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, 1 ədəd “F-1” qumbarası, alışdırıcı və 3 ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü polis şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronu, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci polis bölməsinin əməkdaşları 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü polis bölməsinin əməkdaşları 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı 2 ov tüfəngini təhvil götürüblər.
XQ