Fövqəladə Hallar Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Cavid Ramazanov və Dövlət Yanğından Mühafizə Xidmətinin İdman-Məşq Kompleksinin məşqçisi Seymur Babayev Çinin Harbin şəhərində Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının XXIV Beynəlxalq Konfransında iştirak edib.
Konfransda 31 avqust-6 sentyabr 2023-cü ildə İstanbul şəhərində keçirilmiş yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XVIII və qadınlar arasında IX Dünya çempionatlarının yekunları müzakirə edilib, 2024-cü ildə Çinin Harbin şəhərində keçiriləcək növbəti dünya çempionatlarına hazırlıqla əlaqədar fikir mübadiləsi aparılıb və bunlar barədə qərarlar qəbul edilib.
Konfransda həm də federasiyanın gələcək planları, yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə təbliği, bu sahədə əməkdaşlığın gücləndirilməsinə dair məsləhətləşmələr aparılıb, 2023-cü ildə keçirilmiş sözügedən dünya çempionatlarının yekunları və 2024-cü ildə keçiriləcək mötəbər yarışlara hazırlıqla bağlı məsələlərə baxılıb.
P.ƏMİRCANOV
XQ