“Quyudan işıqlı dünyaya”

post-img

Tarixi romanlar müəlifi Ülviyyə Tahir bu dəfə oxucuların görüşünə “Quyudan işıqlı dünyaya” adlı fərdi inkişaf kitabı ilə gəlib.

Yeni nəşr milli motivlər əsasında yazılmış fərdi inkişaf kitabıdır. “Məlikməmməd nağılı” və təhtəlşüurumuzda şifrələnmiş digər xalq yaradıcılığı nümunələri bizə nə söyləyir, necə yol göstərir? Eyni zamanda, ədəbiyyatımızda şeirlər, əsərlər və dram, televiziya tamaşalarımızda bizə nələr ötürülüb ki, azərbaycanlı kimliyimiz formalaşıb? Şərqdə ilk respublikanı quranların motivasiya mənbəyi haradan idi?

Ülviyyə Tahirin kitabı bu kimi suallar əsasında və oxucuların marağına səbəb olacağı ümidilə yazılıb.

Ə.ƏLİYEV 
XQ

 

Sosial həyat