“Könüllər oxşayar sözü aşığın”

post-img

Azərbaycan Aşıqlar Birliyinin xəttilə buraxılmış növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarı Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. 

“Könüllər oxşayar sözü aşığın” adlanan kitabda müəllifin gəraylı, qoşma, təcnis, müxəmməs, deyişmə və digər janrlarda qələmə aldığı şeirləri toplanıb. Nəşrin redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilir, sinədəftər olması ilə məşhurdur. Onun oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində şəhid olub. Ustad aşığın vətənpərvərlik mövzusunda şeirləri şəhidlərimizin ölməz ruhuna ehtiramla yazılıb.  

Ə.ƏLİYEV 
XQ

Sosial həyat