“Səhra savaşı”+13 hekayə

post-img

Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub.  

Bu nəşr Vaqif Sultanlının  ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyil. Ötən illərdə yazıçının “İnsan dənizi”, “Ölüm yuxusu”, “Tərs axın”, “İlan əfsanəsi”,   “Kor düyün”, “Səhra savaşı” kitabları İngiltərə və Amerikada çap olunub, həmçinin digər ölkələrdə təkrar yayımlanıb. Vaqif Sultanlının tərtibatında bir neçə  elmi antologiya da ABŞ oxucularına təqdim edilib.

“Kulikovo döyüşü” kitabına isə müəllifin “Səhra savaşı” romanı və 13   hekayəsi daxil edilıb. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılıb, Türk etnosunun keçmişi, bugünü və gələcək taleyi ilə bağlı düşüncələr əksini tapıb.   

“Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çeviriblər.

Ə.ƏLİYEV 
XQ

 

Sosial həyat