XİN başçısının müavini: Erməni ideologiyasında türklərə nifrət təlqin olunur

post-img

"Azərbaycanlılara qarşı etnik nifrət nitqi yayan şəxslər Ermənistan dövləti tərəfindən himayə olunur. Ermənistan hökumətinin etnik siyasəti nəticəsində “azərbaycanlılarla ermənilərin bir yerdə yaşaya bilməməsi” ilə bağlı təbliğat bu gün də davam edir".

Bu sözləri Xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" konfransda dedi.

Elnur Məmmədov qeyd etdi ki, ermənilərin ideologiyalarında türklərə nifrət, onlara qarşı mübarizə aparmaq təlqin olunur. Ermənistan dövləti nifrət nitqinə söz azadlığı donu geyindirib öz məsuliyyətindən yayınmağa çalışır. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər təsadüfi xarakter daşımır. Bu, ermənilərin uzun illərdir davam edən ideologiyasıdır.

Elnur Məmmədov xatırlatdı ki, Azərbaycan dövləti 2020-ci il müharibəsindən sonra dəfələrlə Ermənistana sülh sazişi üçün təklif göndərib. Amma buna baxmayaraq, qarşı tərəf müsbət davranış sərgiləmir.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat