İlham Əliyevin Gəncə səfərləri

post-img

Gəncədə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabın təqdimatı keçirilib.

Gəncə Dövlət Filarmoniyasında keçirilən təqdimat mərasimində Tür­kiyənin Gəncədəki Baş konsulu Recep Öztop, ziyalılar, icra hakimiyyəti apa­ratının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti­nin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Republika­sının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sü­kutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirdə çıxış edərək deyib ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev Gəncə və gəncəlilərə daim diqqət və qayğı ilə yanaşır. Gən­cə şəhərində Prezident İlham Əliyevin sərəncamları əsasında böyük infrast­ruktur layihələr icra olunur ki, bunlar da şəhərimizin sosial-iqtisadi inkişafı­na və insanların yaşayış tərzinin yük­səldilməsinə köməklik göstərir. Niyazi Bayramov kitabın ərsəyə gəlməsində AMEA Gəncə Bölməsinə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı kitabının yaranma səbəbi ölkə Prezi­dentinin 20 il ərzində Gəncə şəhərində sənaye, elm, təhsil, mədəniyyət, səhiy­yə sahələrində, milli-mənəvi dəyərlərin bərpa olunması ilə bağlı verdiyi qərar­lar, sərəncamlar və fərmanların hər bi­rinin kitabda toplanaraq gələcək nəsil­lərə çatdırılmasıdır.

YAP şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Azərbaycan xalqını bəlalardan xilas edən, bütün dünyaya öz gücünü, müdrikliyini bəyan edən və 44 günlük Zəfər qələbəsini tarixə qızıl hərflərlə yazan Prezidentimizin yanın­da olmaq hər birimiz üçün şərəfdir.

Sonda “İlham Əliyevin Gəncə şəhə­rinə səfərləri” adlı kitab tədbir iştriakçı­larına təqdim olunub.

 

Hamlet QASIMOV, 

XQ-nin bölgə müxbiri,

Gəncə

Sosial həyat