Mingəçevir – “Nur şəhəri”

post-img

“Azərenerji” ASC-nin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Nur şəhəri”nin 75 illiyinə və 20 Oktyabr Energetiklər Gününə həsr olunmuş konfrans keçirilib. 

Toplantını giriş sözü ilə açan Azərbaycan İstilik Elektrik Stansiya­sı MMC-nin direktoru Təhmasib Hü­seynov energetikləri peşə bayram­ları münasibəti ilə təbrik edib. Sonra energetika gününə həsr olunmuş vi­deoçarx nümayiş olunub. “Azenerji” ASC-nin idarə rəisi Səməd İslamov “Azenerji” ASC-nin prezidenti Baba Rzayevin konfrans iştirakçılarına təb­riklərini çatdırıb.

Mingəçevir Şəhər İcra Hakimiy­yətinin başçısı İlham İsmayılov Azər­baycan energetikasının inkişafında xüsusi xidmətlər göstərən Ulu öndər Heydər Əliyevin Mingəçevirə daimi diqqət və qayğısından danışıb. O qeyd edib ki, Ümummilli liderin təşəb­büsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş, 1981-ci ildə isə Heydər Əliyevin şəxsən iştirakı ilə stansiya­nın 1-ci blokunun açılışı olmuşdur. Həmin vaxtdan “Nur şəhəri” nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqa­zın əsas enerji mərkəzinə çevrilmiş­dir.

Şəhər rəhbəri Prezident İlham Əliyevin bu siyasəti uğurla davam et­dirdiyini bildirib. Mingəçevirdə bu ilin fevralında dövlət başçısı yeni stansi­yanın təməlini qoyub. Bütün bu uğur­lar Azərbaycanın müstəqillik tarixinin, energetikamızın şərəfli səhifəsidir. 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da peşə bayramlarını istehsalat nailiyyətlə­ri ilə qeyd edən energetikləri təbrik edib. Sonra MDU-nun energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova “Azərbaycanın müstəqil elektrik enerjisi sənayesinin qurul­masında Ümummilli lider Heydər Əli­yevin tarixi xidmətləri”, Ankara Qazi Universitetinin professoru Camal Yılmaz “Enerjinin müasir cəmiyyətin inkişafına və mədəniyyətinə təsiri” mövzusunda məruzlərlə çıxış ediblər. 

Konfransda bir qrup energetikə “Azərenerji” ASC-nin fəxri fərmanları təqdim olunub.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat