Azərbaycanla Rusiya arasında qarşılıqlı məhsul tədarükü artıb. Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycandan Rusiyaya tədarükün həcmi 600 min tona qədər artacaq. “Bu artım artıq bir çox məhsul növlərində hər il baş verir. Azərbaycandan ənənəvi olaraq idxal edilən məhsul növləri - nar, xurma, alma, pomidor, digər müxtəlif meyvələrdir. Bu, bir-birini tamamlayan yaxşı əməkdaşlıqdır. Öz növbəmizdə, biz də kifayət qədər yaxşı məhsullar tədarük edirik. Dediyim kimi, kənd təsərrüfatı məhsullarında balansımız təxminən ekvivalentdir: bu günə olan məlumata görə, Rusiya və Azərbaycan bir-birinə təxminən 500 milyon dollarlıq məhsul tədarük ediblər”.
P.ƏFƏNDİ