İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində 22 nəfər həlak olub. Bundan əvvəl 6 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Xəbəri “Anadolu” verib.
Məlumata görə, raket zərbələri nəticəsində 300-dən çox adam ağır yaralanıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adlı hərbi əməliyyata başlayıb.
İsrail artıq İordan çayının Qərb sahilindən İordaniyaya keçid məntəqəsi olan “Kerame” sərhəq qapısını bağladığını elan edib.
İsrailin sərhəd xidmətindən verilən məlumatda bildirilib ki, Qüds ətrafındakı Şufat, Beyt-Əksa və Əz-Zyayyam qaçqın düşərgələrinin yerləşdiyi rayondakı “Kalandiya” sərhəd-keçid məntəqəsi də bağlanıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib
XQ