Danimarkanın paytaxtı Kopenhagen şəhərində NATO Parlament Assambleyasının (PA) 69-cu illik sessiyası öz işinə başlayıb.
Oktyabrın 6-dan 9-dək keçiriləcək sessiyada alyansa üzv olan 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı vəziyyət, Alyansın Vilnüs Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun çəkindirmə və müdafiə siyasəti, mühüm dəniz infrastrukturlarının mühafizəsi, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, NATO-nun tərəfdaşlığı, “açıq qapı” siyasətinin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri və Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti iştirak edirlər.