Yaxşılıq, yenə də yaxşılıq!

post-img

Yaxşılıqla pisliyin, xeyirlə şərin mübarizəsi barədə Ulu Qorqud dədədən, dahi şair Nizamidən tutmuş çağdaş dövrümüzədək böyük alim və mütəfəkkirlər dəyərli fikirlər söyləyiblər. Hər biri bildirib ki, insanlar gücləri çatdıqca yaxşılıq etməli, pislik və bəd əməllərdən çəkinməlidirlər. 

Dünən “Instagram”da bu mövzuda çox maraqlı altımisralıq bir şeir dinlədim. Çox təsirli idi. Əminəm ki, hörmətli oxucular da oradakı mət­ləblərdən məmnun qalacaqlar. 

Bu dünyada nə bir qul, nə bir şah qalacaq,

Bu dünyada bizdən ancaq, savabla günah qalacaq. 

Xəbərin olmaz özündən, doğulduq bir “ol” sözündən, 

Ayrılıb göyün üzündən, neçə-neçə ah qalacaq.

Əzyayıl bizi güdəcək, nə vaxtsa əldə edəcək. 

Gedəcək, hamı gedəcək, yaxşılıq, vallah, qalacaq! 

Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Hər an, hər gün yaxşılıq etmək, kiminsə əlindən tutmaq, kiməsə xoş söz söyləmək hər birimizin həyat və düşüncə tərzinə çevrilməlidir. 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat