“100 addım” Səmərqənd qalibi olub

post-img

“İpək Yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq kinofestivalı Səmərqənd şəhərindəki “Silk Road” turizm mərkəzində başa çatıb. Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyor və aktrisa, rejissor, operator qatılıb. Azərbaycanı bu tədbirdə Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. 

Festival çərçivəsində 200-dən çox müxtəlif tədbir, o cümlədən 60-dan artıq ustad dərsi, yaradıcılıq görüşü keçirilib. Kino bayramında 60 bədii, sənədli və qısametrajlı film göstərilib. 

Festival çərçivəsində gənc rejis­sorların “5 gün ərzində kino” Bey­nəlxalq müsabiqəsinə də yekun vurulub. Gənc Azərbaycan rejisso­ru Şirin Əhmədovun “100 addım” qısametrajlı filmi bu nominasiyada birinci mükafata layiq görülüb. Rusi­yadan gələn rejissor ikinci, Qırğızıs­tan təmsilçisi üçüncü mükafatı alıb. 

Ənənəyə uyğun olaraq müsa­biqə iştirakçıları Səmərqənd, Buxa­ra, Xarəzm, Fərqanə və Daşkəndin tarixi məkanlarında çəkilişlər apa­rıblar. 

 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Səmərqənd

Son xəbərlər