ABŞ Türkiyənin PKK-ya qarşı mübarizəsini dəstəkləyir

post-img

ABŞ NATO üzrə müttəfiqi Türkiyənin Vaşinqton tərəfindən terror təşkilatı kimi tanınmış PKK-ya qarşı mübarizəsini dəstəkləyir. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Vedanr Patel “Anadolu”nun sualına cavabında bildirib. Məlumatı “Anadolu” verib. 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada terror aktı törədənlərin Suriyada hazırlıq kecərək Türkiyəyə gəldiklərini demişdi.

Patel bildirib: “Bizim NATO üzrə müttəfiqimiz olan Türkiyənin Birləşmiş Ştatların xarici terrorçu təşkilat kimi tanıdığı PKK-ya qarşı mübarizəsini ciddi şəkildə dəstəkləyirik”. 

Ancaq Patel PKK-nın bu terror təşkilatının Suriya qanadı olan YPG ilə əlaqələri haqqında şərh verməyib: “Biz bunu konkret olaraq təsdiq etmək üçün kifayət qədər infornmasiyaya malik deyilik. İndiki halda mən heç nə təklif edə bilmirəm”. 

O, PKK və YPG-nin Türkiyə üçün təhlükə olması və ABŞ-nin bu məsələ ilə bağlı mövqeyi haqqında suala da cavab verməkdən yayınıb: “Vəziyyət belədir. Mən bura ondan ötrü gəlməmişəm ki, ABŞ-nin bununla bağlı siyasətini dəyişim”. 

P.ƏMİRCANOV

XQ

 

Dünya