Uşaqlara ayı sürprizi

post-img

Rusiyanın Primorsk vilayətinin Lesozavodsk şəhərində yerli sakinlər uşaq meydançasında ayı ilə qarşılaşaraq onu lentə alıblar. Videonu yerli “Telegram” kanalı paylaşıb.

Kadrlarda ayının uşaq meydan­çasında gəzdiyi görünür. Heyvanı gördükləri zaman videonu çəkən iki gənc emosiyalarını saxlaya bilməyib “Həqiqətən, bu zarafat deyil” sözləri ilə meydançanı tərk ediblər. Onlardan biri isə “Bəlkə, bu ayı paltarı geyinmiş adamdır?” sualını verir və video sona çatır.

Qeyd edək ki, digər “Telegram” kanalının verdiyi məlumata görə isə, ayını sonuncu dəfə şəhərin kənarına yaxın Dzerjinski küçəsində görüblər.

S. FİDAN
XQ

Dünya