Qatlanan yeni smartfon

post-img

“OPPO” şirkəti özünün qatlana bilən qapaqlı smartfonu “OPPO Find N3 Flip”-in qlobal versiyasının təqdimatına hazırlaşır. Bu barədə şirkətdən mediaya açıqlama verilib. 

Qeyd etmək lazımdır ki, sözüge­dən smartfon avqust ayının sonunda Çində təqdim olunmuşdu. İndi isə “OP­PO”-nun Hindistan üzrə şöbəsi smart­fonun qlobal versiyasının ilk tizer foto­sunu təqdim edib. 

Məlumatda həmçinin bildirilir ki, “OPPO Find N3 Flip”in qlobal versiyası bu ayın ortasında təqdim ediləcək. 

SƏADƏT
XQ

 

Son xəbərlər