2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.
Nobel Komitəsi oktyabrın 4-də Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendinin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryusun və rusiyalı alim Aleksey Yekimovun 2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.
Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə layiq görülüblər. Xatırladaq ki, bundan əvvəl fizika və fiziologiya və tibb sahələrində builki Nobel mükafatçılarının adları açıqlanmışdır.
ƏFSANƏ
XQ

