Türkiyə Ukrayna nizamlaması ilə bağlı beynəlxalq görüş keçirəcək?

post-img

Türkiyə oktyabrın axırlarında müttəfiq ölkələrin milli təhlükəsizlik üzrə müşavirlərinin Ukrayna nizamlaması ilə bağlı görüşünü keçirməyi planlaşdırır. Bu barədə məlumatı “Bloomberg”ə istinadən “İnterfaks.ru” yayıb. 

Məlumatda bildirilir: “İştirakçılar Ukraynada uzunmüddətli sülh yaradılması yollarını müzakirə edəcəklər”. 

Görüşün İstanbulda təşkili nəzərdə tutulur. Tədbirə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da qatılacaq. İştirakçıların dəqiqi sayı məlum deyil. Rusiya nümayəndəsi dəvət edilməyib. Çinin öz nümayəndəsini göndərəcəyi də məlum deyil. 

Qeyd edilir ki, toplantıda Ukraynanın bu ilin axırlarında dünya sammiti keçirmək arzusu da müzakirə olunacaq. 

Bu cür görüşlər əvvəllər iyunda Danimarkada, avqustda Səudiyyə Ərəbistanında baş tutub. 

P.ƏMİRCANOV

XQ

 

Dünya