DOST-un dostları çoxalır

post-img

Bu ilin yanvar – avqust ayla­rında DOST mərkəzləri tərəfin­dən 460 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərin­dən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.

Hazırda fəaliyyət göstərən 7 DOST mərkəzində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəf­faf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə həmin mərkəzlər­də ümumilikdə 1,7 milyon vətəndaşa xidmət göstərilib.

“Könüllü DOST” proqramına isə son 8 ayda 18 min 500 müraciət olub və proqrama daha 1002 nəfər cəlb edi­lib.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat