Şəhid övladları səyahətdə

post-img

Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzi “Şəhid övladlarının anala­rı ilə birgə səyahət və təlim proq­ramı” adlı layihə həyata keçirib.

Layihədə Balakən, Zaqatala və Qax rayonlarından şəhid xanımları və övladlarından ibarət 30 nəfər iştirak edib. Onlar üçün Bakıda peşəyönümlü ekskursiyalar, maarifləndirici təlimlər, muzey turları, açıq havada gəzintilər təşkil olunub.

Layihə çərçivəsində tədbirlər 3 gün davam edib. İştirakçılar üçün travmatik təcrübə ilə əlaqədar alternativ psixoloji korreksiya üsullarının tətbiqi də təmin edilib. Gəzintilər uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla, onların inkişafına dəstək məqsədi daşıyıb. 

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat