İşsizlər 223 min nəfər azalıb

post-img

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar–avqust aylarında 223 minədək şəxs ak­tiv məşğulluq tədbirləri ilə əhatə olunub. 

Onlardan 67 min 200 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansi­ya bankına yerləşdirilən boş iş yerlə­rinə təyin edilib. Həmin dövrdə 10 min 200 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatları həyata keçirilib. 

Son 8 ayda 8 min 600 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çər­çivəsində həm Agentliyin Peşə Ha­zırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində kurslar təşkil edilib. Digər bir istiqamət kimi 136 min 800 şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat