Məşğulluqda yeni uğur

post-img

Dövlət Məşğulluq Agentliyi Ümumdünya Məşğulluq Xid­mətləri Assosiasiyası (WAPES) tərəfindən innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siya­hısına daxil edilib.

Bu barədə WAPES-in “Dövlət Məş­ğulluq Xidmətləri üçün strategiyalar və çətinliklər” adlı sorğunun nəticələrinə dair hazırladığı hesabatda məlumat verilib. Sorğuda müxtəlif ölkələrdən 38 Dövlət Məşğulluq Xidməti əhatə olu­nub.

Hesabatda Dövlət Məşğulluq Agentliyinin apardığı islahatlar barədə geniş məlumat əks olunub. Agentlik 2022-ci ildə trendlər və innovativ təd­birlər həyata keçirmiş Məşğulluq Xid­mətləri siyahısında yer alıb və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ötən ilin mühüm innovativ yeniliyi kimi qeyd edilib.

Həmçinin Agentliyin fəaliyyətində həssas qruplardan olan şəxslərin və qadınların əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsinin əsas istiqamətlərdən biri olduğu diqqətə çat­dırılıb.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat