Xəngəl də əngəlli imiş?

post-img

Xəmir yeməklərindən mantı, düşbərə, xəngəl orqanizmdə bir sıra problemlərə səbəb olur. Rusiyalı həkim Aleksandr Umnov içlikli xəmir xörəklərindən aşırı istifadə edənlərdə hormonal pozulma yarandığını bildirib.

Həkim deyib ki, bu qidalar çox kalo­rilidir, maddələr mübadiləsini tez pozur, ürək- damar problemləri, kişilərdə cinsi disfunksiya yaradır. Onlar qlüten mən­bəyi olduğundan daxili iltihabi prosesləri artırır. Digər təhlükəsi belə yarımfabri­katlarda qədərindən çox duz və soyanın olmasıdır.

Həkim prosesin necə baş verdiyini də izah edib. Deyib ki, həmin xörəklər­də istifadə edilən farşın həcmini artır­maq üçün ona soya əlavə edilir. Soya­nın tərkibindəki izoflavonlar bədəndə estrogenləri artırır. Nəticədə, daha çox kişilərdə hormonal dəyişiklik, piylənmə, ürək-damar problemləri yaranır. Eləcə də, damarlarda xolesterin toplanır.

Ona görə hər insana belə yeməklər uyğun deyil. Ümumiyyətlə, bu xörəkləri payız–qış fəslində hər həftə, yaxud 3 gündən bir yox, ayda 2 dəfə yemək olar.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat