Aranda yağış, dağda qar...

post-img

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütu­nu olacaq. Nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, la­kin gündüzdən başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı eh­timalı var. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlar­da gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

XQ

Ekologiya