“Qarabağ” – “Molde” oyununun biletləri satışda

post-img

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. 

Klubun mətbuat xidmətindən bil­dirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VIP biletlərin qiyməti isə 200 ma­natdır.

Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başla­yacaq.

Leyla SABİRQIZI
XQ

İdman