“Müharibə əlillərinin, veteranlarının psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi davam edir

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu iyulun 1-dən sentyabrın 30-dək “Müharibə əlillərinin, veteranlarının psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsini həyata keçirir.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirən müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reabilitasiya və sosial təminat hüquqlarını Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən təmin olunmasına hüquqi köməklik göstərmək məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Sonda layihənin hüquqşünası, Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan mayor Fəqan Nəsibzadə müharibə əlillərinin və veteranlarının sosial və tibbi problemləri ilə bağlı suallarını cavablandırıb. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında elektron xidmət vasitəsilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin keçiriləcəyi vaxt və sonuncu müayinə barədə məlumat almağın yolları barədə maarifləndirilib.





Sosial həyat