"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir

post-img

"YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2 min AZN pul mükafatı veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, bununla əlaqədar agentliyin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2 min AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub. İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.



Sosial həyat