Bu ilin 6 ayında peşə hazırlığı kurslarına 6 min 113 nəfər cəlb olunub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6 min 113 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 3 min 518-i üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2 min 5950i üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilib.

Hazırlıq kurslarını uğurla bitirən müdavimlərdən 2 min 311-i müvafiq sahələr üzrə işlə təmin olunub.

Sosial həyat