6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib

post-img

Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verir. Bu ilin yanvar–iyun aylarında 604 əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib. 

Qeyd edək ki, həmin dövrdə, ümumilikdə, 6 min 791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2 min 20 qadın və digər həssas kateqoriyalı şəxslər bu proqrama cəlb edilib.

 

Zərifə HÜSEYNOVA, 

“Xalq qəzeti”

Sosial həyat